Cəlilabad rayon Göytəpə şəhərindən olan Vətən Müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlu müharibədən bir ilə yaxın bir müddət keçməsinə baxmayaraq hələ də sağalmlığına qovuşmayıb.
Realxeber.org xəbər verir ki, 31 yaşlı qazi sağlamlığına qovuşmaq və ailəsini dolandırmaq üçün köməyə ehtiyacı olduğunu bildirib:
“Qubadlının girişində minamyotun dalğasına düşdüm, ayağım tutuldu. Məni oradan qaytarmaq istəyirdilər, qayıtmadım. Muradxanlı kəndində yenə də minamyotun dalğasına düşdüm, belim tutuldu, qaldım orada. O vaxtdan indiyə qədər bütün hospitalları gəzmişəm. “Papanin”də də (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) yatmışam. Mənim rəisim yaxşı xidmət edib ki, ona bizim dövlətimiz kapitan rütbəsi verib. Kəşfiyyat bölük komandiri – Hüseynov İlqar, mən hələ də onun şarfını saxlayıram.
Yaralı bir əsgər var idi. Elə bilirdi mən ölmüşəm. Mən də hospitalda idim Sonradan mən qayınatama zəng vurub xəbər verdim. Axı mənim heç kimim yoxdur.
Mən fəxr edirəm ki, əsgər böyüdürəm. Kasıb oğlanam, bu vəziyyətdəyəm. Bunu mən yetişdirirəm, heç kimə gedib demərəm gətir pul mənə ver, oğlum acından ölür. Böyüyüb əsgər gedəcək, ona görə ki, mənim qardaşlarım orada rəhmətə gedib.
Düşüb çiyinlərdə bayraq gəzdirməklə deyildi, həmin oğlanlara deyirəm, yaxşıları çıxmaq şərti ilə, qeyrətləri varsa, anasız-atasız oğulu gəlib buradan götürsünlər, aparıb xəstəxanada sağaltsınlar. Nə medal, nə veteranlıq, istəyirəm. And olsun anamın goruna, heç nə istəmirəm. Gəl məni sağalt, deyirəm. Mənim sağlamlığımı geri qaytar. 31 yaşım var. Mən çəliklə gəzəndə döyüşə getməyən oğlanlar mənə gülür. Qayıdıb ona bir söz deyə bilmirəm. Azərbaycan millətinə səslənirəm, xahiş edirəm, gəlin məni sağaldın. Sağaldın, gedim oğlumu saxlayım”.
Qazi: "Nə medal, nə veteranlıq istəyirəm, məni sağaldın, gedim oğlumu saxlayım" – VİDEO
20
sentyabr
15:54
Qarabağ
KOMMENTLƏR
Xəstəxanada müalicə alan Qazi Şahmarın yeni görüntüləri – VİDEO
8 gündür komadan ayılmayan qazi Bakıya GƏTİRİLDİ
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi
"Mən heç kimin ailəsini dağıtmamışam" - Vəfa efirdə ağladı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı