Vətən müharibəsi bizə çox sayda qəhrəman əsgər və zabit tanıtdı. Onlardan biri də döyüşlər zamanı sol ayağını itirən Qax rayon sakini Baş-Leytenant Bəkir Əsgərzadədir.
Əsgərzadə Bəkir Zakir oğlu 1995-ci ilin fevralın 20-də Qax rayonu Zərnə kəndində anadan olub. 2001-ci ildə Qax rayon Zərnə kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2009-cu il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2012-ci ildə oranı bitirib. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Bəkir 2016-cı ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi ilə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayıb. Könüllü olaraq 2 aydan sonra ön cəbhəyə, xidmətini davam etdirmək üçün Tərtər rayonuna gedib. Burada Mühəndis istehkam bölük komandiri vəzifəsində xidmət edib.
Bundan sonra Bəkir Əsgərzadə 2019-cu ildə Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəyə Mühəndis Xidməti rəisi vəzifəsinə göndərilib. Qax rayonunun Zərnə kəndində doğulan Bəkirin uşaq yaşlarından hərbiyə marağı olub. Vətənə olan sevgisi isə onu baş leytenant rütbəsinə qədər ucaldıb.
Vətən müharibəsi başlayan kimi baş leytenant Bəkir Əsgərzadə sentyabrın 27-də döyüşlərə qatılıb. Ərazini minalardan təmizləyərək döyüş yoldaşlarının irəli getməsinə şərait yaradan Bəkir Talış kəndi istiqamətində bir-neçə postun alınmasında iştirak edib. Bəkir minaya düşərək sol ayağını itirsə də yaralı halda əraziləri minadan təmizləməyə davam edib.
Baş leytenant əməliyyat olunduqdan sonra doğulduğu Qax rayonunun Zərnə kəndinə qayıdıb. Onu hər kəs sevgi ilə qarşılayıb və belə mərd oğullarla fəxr etdiklərini bildiriblər. Bəkirin valideynləri Vətən üçün igid oğul böyütdükləri üçün fəxr etdiklərini bildiriblər. Atası Zakir Əsgərov və anası Natella xanım Bəkirin kiçik yaşlarından hərbiyə marağı olduğunu söyləyiblər.
İndi qazi Bəkir Əsgərzadə qürurlu zabit kimi yaşayır. Çünki o, qalib ölkənin, qalib ordunun qazisidir! (Report)
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
09
dekabr
12:42
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev