Koronavirusa qarşı birinci dozanı vurduran taksi sürücüləri gələn ayın əvvəlinədək ikinci dozanı da vurdurmalıdır. İkinci dozanı vurdurmayan sürücülərə qarşı polis əməkdaşları tərəfindən yoxlamalar həyata keçiriləcək. Belə hallar aşkarlanacağı təqdirdə müvafiq tədbirlər görüləcək. Daxili İşlər Nazirliyi bununla bağlı sürücülərə xəbərdarlıq edib.
Oktyabrın 1-dən taksi sürücülərindən də ikinci doza peyvənd olunmasına dair COVID 19 pasportu tələb olunacaq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbəs rəisi Elşad Hacıyev XəzərXəbər-ə bildirib ki taksi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq qaydada koronavirusa qarşı peyvəndin 2-ci dozasını da qəbul etməlidirlər. Onun sözlərinə görə sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma xidməti göstərə bilərlər.
Taksilərdən kütləvi şəkildə istifadə olunması sürücülərin və sərnişinlərin virusa yoluxma riskini artırır. Sürücülər deyir ki özlərini və sərnişinləri qorumağın ən effektiv yolu peyvənd olunmaqdır.
Elşad Hacıyev qeyd etdi ki, 2-ci doza vaksini vurdurmayıb taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.
Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
21
sentyabr
11:06
Qarabağ
KOMMENTLƏR
Birinci doza vaksin vurduranların nəzərinə: Məhdudiyyətlər olacaq - VİDEO
Koronavirusa qarşı ikinci doza vurulmazsa, nə olar? - AÇIQLAMA
Həftəsonu lisenziyası olan taksilər işləyəcək - DİN açıqladı
Taksi fəaliyyəti ilə bağlı qaydalar açıqlandı
Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Nazirlik
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı