Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda sərnişindaşıma ilə məşğul olan taksilər üçün nəzərdə tutulan qaydaları açıqlayıb.
İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirmək lazımdır:
"Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təhciz olunmalı, salonunda taksometr, sürücünün adı, soyadı, fotoşəkili və daşıyıcının adı, ünvanı, telefon nömrəsi barədə məlumat lövhəsi yerləşdirilməlidir. Taksi sürücüləri sərnişinləri düşürən zaman dayanma - durma qadağan olunmayan yerdə dayanmalı, sifariş gözləyərkən isə 5.14 nişanı ilə işarələnmiş taksi duracaqlarında durmalıdırlar. Taksi duracağı ilə işarələnməmiş yerdə dayanıb sifariş gözləmək qanunvericiliklə qadağandır. O cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu tələblərlə yanaşı sərnişin daşıma üçün xüsusi fərqlənmə nişanının qaydasında olmasına nəzarət etməlidir".
Taksi fəaliyyəti ilə bağlı qaydalar açıqlandı
04
fevral
17:04

Qarabağ
KOMMENTLƏR
DYP avtobus və taksi sürücülərinə müraciət etdi
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanıldı
Həftəsonu lisenziyası olan taksilər işləyəcək - DİN açıqladı
Mikroavtobuslar rayona buraxılmır: Taksi iki dəfə bahalaşıb: - “7 nəfər tutumu olanlar gedə bilər, ancaq...”
Kamran Əliyev: “Rayonlara yalnız taksi ilə gedib-gəlmək mümkündür”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat