Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kaykep Aliyeva dünyasını dəyişib.
Bu barədə "Qafqazinfo"ya mərkəzdən bildirilib.
Məlumata görə, o, 86 yaşında vəfat edib.
Qeyd edək ki, əslən Qarabağdan olan K. Aliyeva 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini geniş təbliğ edib, Azərbaycan diasporasında fəal çalışıb, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədib. K. Aliyevanın xidmətləri nəzərə alınaraq, o, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar artist" fəxri adına layiq görülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə 2016-cı ildə “Dostluq” ordeni ilə mükafatlandırılıb.
Allah rəhmət eləsin!
Əməkdar artist vəfat etdi
30
sentyabr
11:08

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər