Bakıda ağır cinayət olub. 39 yaşlı kişi küt alətlə döyülərək öldürülüb. Cinayətin mərhumun həyat yoldaşı və qızı tərəfindən törədildiyi iddia olunur.
Ana qızı ilə əlbir olub həyat yoldaşını öldürməkdə ittiham olunur. Ağır cinayət paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Rahib Qədimov küçəsi 26 ünvanında yaşayan 39 yaşlı Vüqar Eyyubovun intihar etməsi ilə bağlı rayon polis idarəsinə məlumat daxil olub.
Hadisənin intihar və ya qətl olduğunu araşdırmaq üçün dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, meyitə baxış keçiriblər. Meyit müayinə üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiyə birliyinə aparılıb.
Bu işdə şübhəli kimi Vüqarın həyat yoldaşı Mahirə Eyyubova və 17 yaşlı qızı saxlanıb. Qonşuların sözlərinə görə, Vüqar Eyyubov narkotik maddə aludəçisi olub. Bu səbəbdən də ailədə tez-tez dava olurmuş. İddialara görə, Vüqar Eyyubov həmin günü həyat yoldaşından narkotik maddə almaq üçün pul tələb edib. Elə hadisə də bu zaman olub.
Hadisədə şübhəli bilinən Mahirə Eyyubova və qızı saxlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda ana qızı ilə birləşib ərini öldürdü – Video
05
oktyabr
10:18
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev