Demokratik dəyərləri özü üçün əsas prioritet hesab edən və bunu tətbiq edən ölkələrin başlıca göstəricisi şübhəsiz ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsidir. 
Maraqlıdır, bu gün qeyd edilən dəyərlərlə bağlı ölkəmizdə durum necədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən etibarən demokratik inkişaf yolunu seçib.

"Bu yolu ulu öndər Heydər Əliyev müəyyən edib. Hesab edirəm ki, onun hakimiyyəti dövründə ölkədə çoxpartiyalı sistemin yaradılması, senzuranın, ölüm hökmünün ləğv edilməsi demokratik inkişaf yolunda atılmış mühüm addımlardır.
 
Ölkə Prezidenti canab İlham Əliyev də ulu öndərin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq bu yolu bu gün davam etdirir. Xüsusilə insan hüquqları, sərbəst toplaşmaq azadlığı sahəsində çox ciddi işlər görülür. Bu gün Azərbaycanda azad mətbuat formalaşıb. 3 milyondan çox insan sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir. Hər kəsin "Votsap”, "Tvitter”, "Facebook” səhifələrindən öz fikrini sərbəst formada ifadə etmək imkanı var. Hətta mən deyərdim bəzən həddini aşma halları da olur. Bir çox hallarda bəzi istifadəçilər antidemokratik paylaşımlar edərək yaradılmış imkandan sui-istifadə hallarına yol verir.
 
Bu gün ölkədə bəzi siyasi dairələr hakimiyyəti sərbəst toplaşmaq azadlığının olmamasında ittiham edirlər. Bu, kökündən yanlış yanaşmadır. Hakimiyyət müxalifət partiyaları üçün hər zaman mitinqlərini keçirmək üçün xüsusi məkanlar ayrılır. Yəni sənin sosial bazan varsa, insanlar həmin yerə də toplaşacaq”.
 
Deputat qeyd edib ki, bu gün bəzi insanlar demokratiyanın zirvə nöqtəsi olduğunu düşünür:
"Demokratiyanın zirvə nöqtəsi yoxdur. Hansı dövlət desə ki, biz demokratiyanın zirvə nöqtəsindəyik bu yanlış bir fikidir. Azərbaycan müstəqilliyinin ilk illərindən demokratik dəyərlərə sadiq qalmağa, ölkədə bunun təmin edilməsinə çalışıb. Bu gün ölkədə çoxpartiyalı sistem formalaşır. Parlamentdə müxalif partiya təmsilçiləri təmsil edilir. Ölkə başçısı Prezident İlham Əliyev fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi sahəsində müvafiq göstərişlər verir. Düşünürəm, ölkəmizin bu istiqamətdə apardığı siyasət məqbuldur”.скачать dle 12.1