"Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə xalqın etimadını qazanaraq seçildiyi vaxtdan ölkəmizin inkişafı istiqamətində uğurlu islahatların həyata keçirilməsinə başladı".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, həmin dövrdən etibarən ölkəmizin infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları və digər mühüm layihələr icra olunmağa başladı:
"Mən, xüsusilə də kənd təsərrüfatının inkişafını vurğulamaq istərdim. Bu gün cənab Prezident kənd təsərrüfatının inkişafına xüsusi diqqət verir. Azərbaycanda müstəqillik illərində ən böyük layihələrdən biri suvarma sisteminin yenidən qurulması və kənd təsərrüfatı torpaqlarının yenidən dövriyyəyə qaytarılması oldu. Şəmkirçay su anbarının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, kənd təsərrüfatının aqro-texniki inkişafı, yeni texnologiyaların tətbiqi, ixracın artırılması və digər tədbirlər ölkəmizin inkişafının əyani sübutudur. Ələt Azad İqtisadi Zonasının (AİZ) yaradılması Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ölkənin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması baxımından çox böyük əhəmiyyət kəsb edir".
Millət vəkilinin sözlərinə görə, görülən bu işlərin ümumi nəticəsi odur ki, Dünya Bankının sonuncu "Doing Business" hesabatına görə, Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yerdə qərarlaşıb: "Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur. Bu, adi məsələ deyil. Bu statistikanı Dünya Bankı müəyyən edir. Azərbaycan bu mövqeyə çatmaq üçün böyük islahatlar həyata keçirib, xeyli sayda dövlət proqramları icra olunub".
İ.Məmmədov qeyd edib ki, Azərbaycan, eyni zamanda mühüm beynəlxalq layihələr həyata keçirir: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması bunun ən gözəl nümunələrindən biridir. Dəmir yolunun uğurlu fəaliyyəti Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq, ölkəmizə yeni investisiyaların cəlb olunması, iqtisadi inkişafa şərait yaradacaq".
Deputat əlavə edib ki, Azərbaycanın inkişaf konsepsiyası bir model olaraq dünyaya tətbiq oluna biləcək səviyyədədir: "Bu gün Azərbaycanın yalnız bir inkişaf yolu var və o da möhtərəm Prezidentin müəyyən etdiyi siyasətdir. Ona görə də Azərbaycanın uğurlu gələcəyi var. Biz hər birimiz Prezident ətrafında sıx birləşərək Azərbaycanı qorumalıyıq, heç kimin ölkəmizə əl uzatmasına imkan verməməliyik".
Deputat:
24
may
17:00
Qarabağ
KOMMENTLƏR
"Hər il ən azı 6-7 min insan dövlətin dəstəyi ilə iş quracaq"
"2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin oldu"
İlham Əliyev bu quruma 30 milyon ayırdı
Milli Məclisin qanunvericilik işlər planı təsdiqlənib
Şahin Mustafayev: Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha firavan gələcəyə aparır
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev