Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva oğlunun ölümündən aylar sonra ilk dəfə efirə çıxıb.
Nazpəri Dostəliyeva ATV kanalında yayımlanan “1 dəqiqə” verilişinə qonaq olub. O, veriliş boyunca oğlunun son anılarını və ölümünü tamaşaçılarla bölüşüb.
Müğənninin sözlərinə görə, oğlu vəfat edəcəyini əvvəlcədən bilirmiş:
“Çox qəribədir ki, o, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. O görürdü, mən görmürdüm. Mən inanmırdım. Bir az fikir edirdi. Son ildə onun öz problemləri oldu. Məndən gizlədirdi”.
Xalq artisti oğlunun son günlərini belə xatırlayır:
“Martın 22-si özünü pis hiss etdi. Həkimlərə zəng vurduq. Sonuncu kardioloq dedi ki, Nazpəri xanım, dəyməyin, toxunmayın. Əlini qucaqladım, basdım sinəmə. Yatıb yuxuma da gəlməzdi ki, Əli son nəfəsini tapşıracaq. Əli əvvəl dedi, mama, sən mənim əziyyətimi çox çəkmisən, sən güclü qadınsan, heç vaxt yenmə, əyilmə, sən sənətkarsan, səni sevənlərin gözünü yolda qoyma. Amma mən heç nə anlamırdım. Biz heç birimiz başa düşmədik ki, Əli son sözlərini deyir. Əli əllərimi öpdü və son nəfəsini verdi”.
Qeyd edək ki, N. Dostəliyevanın böyük oğlu Əli Quliyev bu ilin martında 41 yaşında vəfat edib.
"Oğlum dünyadan köçəcəyini bilirdi" - Nazpəri Dostəliyeva (VİDEO)
07
oktyabr
11:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı