Millət vəkili Elman Nəsirov oktyabr ayının 5-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cəlilabad rayonu Dələli kəndindən şəhid Rahid Cəfərovun və Uzuntəpə kəndindən şəhid Rəşad Quliyevin şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak etmişdir. Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir.
Deputat Elman Nəsirov oktyabrın 5-də Cəlilabad rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Məşədilər kənd sakini Təyyar Səfərovu, Üçtəpə kənd sakinləri Laçın Əhmədovu və Arif Əhmədovu, Ləkin kənd sakini Həsrət Quliyevi, Məlikqasımlı kənd sakinləri Məcid Mehtiyevi və Faiq İskəndərovu, Təklə kənd sakinləri Davaxan Mahmudovu, Oqtay Babayevi və Famil İsmayılovu, Ocaqlı kənd sakini İlqar Həsənovu, Alar kənd sakinləri Famil Səlimovu, Rauf Bayramovu və Ədalət Məmmədovu, Mikayıllı kənd sakinləri Nurəddin Əliyevi, Fəxrəli Abdullayevi və Gülməmməd Ağaşovu, Abazallı kənd sakini Sidqiəli Yadullayevi, Uzuntəpə kənd sakini Marif Bayramovu, Əliqasımlı kənd sakini Nurəddin Abıyevi, Cəlilabad rayon sakini İlqar İsmayılovu, Babalı kənd sakini Namiq Ağayevi qəbul etmişdir. Görüş zamanı vətəndaşlar, onları narahat edən məşğulluq, şəhid adının əbədiləşdirilməsi, elektrik xəttlərinin yenisi ilə əvəz olunması, fermerlərə subsidiyanın verilməsi, qaz çəkilişi və avtomobil yollarının təmiri ilə bağlı məsələləri dilə gətirdilər. Bəzi məsələlər yerindəcə öz həllini tapdı. Həllini tapmayan məsələlər ilə bağlı deputat Elman Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verdi.

















