Ötən gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Avstriyanın paytaxtı Vyanada keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla, Avstriyada Milli Məclisin sədri, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə və digər rəsmi şəxslərlə görüşü barədə məlumat vermişdik.
Ümumilikdə sədr bütün görüşlərdə bölgədə yaranmış yeni reallıqlar, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə, ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın icrası istiqamətində ölkəmizdə görülən işlər barədə həmkarına ətraflı məlumat verib. Həmçinin, Ermənistanın regionda sülh və sabitliyin təmin olunmasına əngəl törədən təxribatları barədə də həmkarlarını məlumatlandırıb.
Bu görüşlərin ölkəmiz üçün vacib əhəmiyətindən danışan millət vəkili Elman Nəsirov 1news.az-a açıqlamasında bildirdi ki, Sahibə Qafarovanın Vayanada işgüzar səfəri çərçivəsində 44 günlük Vətən müharibəsinə diqqəti cəlb etməsi alqışalayiqdir:
“Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin öz tarixi missiyasını yerinə yetirməsini, ərazi bütövlüyümüzün bərpa edilməsini və bu prosesdə Azərbaycan qadınlarının arxa cəbhdəki iştirakını bütün dünya bilməlidir və bilir də”.
Milli Məclis sədrinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla da görüşməsindən danışan millət vəkili vurğuladı ki, Azərbaycan - Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatıb:
“Müasir dünyamızda dövlətlər arasında formalaşan etimasızlıq mühitinin fonunda, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya ölkələri üçün örnəkdir. Bu münasibətlər sınaqadan çıxmış münasibətlərdir”.
Elman Nəsirov bildirdi ki, xanım sədrin həmkarı ilə görüşdə “Şuşa bəyannaməsinə imza atmaqla, Azərbaycan - Türkiyə strateji tərəfdaşlığı artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib” ifadəsi əslində bu iki ölkənin qardaşlıq münasibətinin yüksək səviyyədə olduğundan xəbər verir.
Xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsində Türkiyənin ali rəhbərliyindən tutmuş sıravi vətəndaşına qədər hamı Azərbaycanın yanında oldu:
“Elə Türkiyədəki son meşə yanğınları da, Azərbaycan - Türkiyə qardaşlığının sınağı oldu. Bu sınaqdan da dostluğumuz, qardaşlığımız şərəflə çıxdı. Parlamentlərarası münasibətlərimiz də dinamik inkişaf tempinə malikdir. Ümumilikdə deyə bilərəm ki, görüş çərçivəsində vacib qanunvericilk məsələləri müzakirə predmeti oldu”.скачать dle 12.1