Hazırda Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bakısəsi bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Ziya Bünyadov prospekti hər iki istiqamət, Moskva prospekti mərkəz istiqaməti, H.Əliyev prospekti kənar yol, Babək prospekti H.Əliyev prospekt i istiqaməti, Binəqədi şossesi mərkəz istiqaməti, Y.Səfərov küçəsi Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.
"Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edirik", - qurum bəyan edib.

скачать dle 12.1