“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana S-300 raketdən müdafiə sisteminin göndərməsi ilə bağlı Azərbaycanın narahatlığından yazıb.
AZƏRTAC xəbər verir ki, nəşrin avqustun 16-da yayılan nömrəsində dərc edilən “Azərbaycan Rusiyanın Ermənistana S-300 raketdən müdafiə sistemini satmasından narahatdır” adlı məqaləsində iyulun ikinci ongünlüyündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat barədə məlumat verilir. Qeyd edilir ki, bu hadisələrdən sonra Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayan Azərbaycan Prezidenti İlham Əliyev Moskva tərəfindən atılan bu addımla əlaqədar narahatlığını ifadə edib.
Prezident İlham Əliyevin telefon vasitəsilə V.Putinlə əlaqə saxladığını qeyd edən nəşr, Azərbaycan dövlətinin başçısının Rusiyanın Ermənistana böyük miqdarda silah göndərməsinin Azərbaycan cəmiyyətində xüsusi narahatlıq doğurmasını və ciddi suallar yaratmasını çatdırdığını bildirir.
Vurğulanır ki, avqustun 13-də baş tutan telefon söhbətinin əsas məqsədi məhz bu suallara cavabın aydınlaşdırılması olub.
Bildirilir ki, Azərbaycan Prezidenti ölkə KİV-lərinin iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana təqribən 400 ton silah göndərməsi barədə xəbərlər yaydığını Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Qeyd edilir ki, İl-76 təyyarələri vasitəsilə göndərilən yüklər Rusiyanın cənubunda yerləşən Rostov-Don şəhərindən birbaşa Gürcüstan vasitəsilə deyil, çox fərqli marşrut üzrə daşınıb.
Məqalə müəllifi qeyd edir ki, Rusiyanın Ermənistana silah göndərməsində qeyri-adi heç nə yoxdur, çünki bu iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir və Rusiya Ermənistana həmişə silah göndərib. Lakin azərbaycanlıları narahat edən əsas məsələ çox qısa vaxt ərzində belə böyük miqdarda silahın göndərilməsidir.
Vurğulanır ki, Azərbaycan Prezidentinin V.Putinə zənginin əsas məqsədi onun diqqətini Ermənistanın hücumunun arxasında Ermənistan-Azərbaycan münaqişəsinə üçüncü ölkələri cəlb etmək niyyətinin dayanması barədə məlumatlandırmaq olub.
Məqalədə Rusiyanın “Avia.Pro” nəşrinə istinadla Ermənistana göndərilən silahlar arasında raketdən müdafiə sistemləri, radioelektron mübarizə vasitələri, yaxın, orta və uzaq məsafəli radarlar kimi müasir sursatın yer aldığı bildirilir.
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
17
avqust
10:48
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev