Adəm və Hatəm qardaşları başa düşmür ki, xarici güclər ölkəmizdə AİLƏ institutunu dağıtmaq istəyir...



Adətən siyasi və diplomatik  ismarıclar açıq tekstlə olmur. 
Ancaq Azərbaycan Prezidenti İlham Əliyev cənabları son vaxtlar  regional və dünya güclərinə konkret olaraq bildirir ki, biz müstəqillik  və milli-nənəvi dəyərlər məsələsində heç kimə güzəştə getməyəcəyik.
Hətta cənab İlham Əliyev axırıncı çıxışında bəyan etdi ki, işğal olunmuş Qarabağ torpaqları uzun illər narkotrafik üçün tranzit olub. 
Bəli, İrandan uzun illər  Qarabağ vasitəsilə Ermənistan-Rusiya  xəttilə Avropaya  külli miqdarda narkotik daşınıb. 
Cəmiyyət üçün ən böyük bəla narkotik və əxlaqsızlıq yuvalarıdır. 
Narkotik məhsullara qarşı Azərbaycan dövlətinin  son illər apardığı açıq və kəskin mübarizəni bütün cəmiyyət görür  və dəstəkləyir. 
Bu işdə Daxili İşlər Nazirliyinin və cənab nazir Vilayət Eyvazovun səyləri danılmazdır. 
Əslində  narkotik və əxlaqsızlıq yuvaları bir medalın iki üzüdür. Biri olmasa o biri də ola bilməz. 
Digər tərəfdən əxlaqsızlıq  yuvaları bəzi güc mərkəzləri üçün təkcə milyonlarla  qazanc mənbəyi deyil. Həm də..
Azərbaycan kimi ölkələrdə gücproblemlə bağlı faktlara söykənən yazılar dərc etmişik. 
Məsələn, milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artmasını ciddi sosial problem olduğunu  dəfələrlə yazmışıq. 
Dəfələrlə yazmışıq ki, əxlaqsızlıq yuvaları  əvvəllər  gizlin formada özünü göstərərdi. Bu gün az qala məktəblərin, uşaq bağçalarının, xəstəxanaların yaxınlığında  əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. 
Bu gün paytaxtımızın mərkəzində  otellər, istirahət mərkəzləri  əxlaqsızlıq  yuvalarına çevriliblər. 
Hətta Milli Məclisdə əks cinslərin  bir yerdə  otellərə gəlməsi məsələsi müzakirə olunur.   
Bu işdə telekanallarda  gedən və milli-mənəvi dəyərlərimizə zidd  olan verilişlərin də rolu az deyil. Bu verilişlər  yeniyetmələrin və gənclərin həyat tərzinə və psixologiyasına ciddi  zərbə vurur. 
Problem o qədər aktuallaşıb ki, ölkənin Daxili İşlər Nazirliyinin tabeçiliyində  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. 
Hər gün xəbərlərdə, saytlarda, sosial şəbəkədə bu mövzuda nə qədər xəbərə rast gəlirik. Hətta öz mənzilini əxlaqsızlıq  yuvasına çevirənlər də var. 
Bu gün istirahət mərkəzlərində,  otellərdə də yüngül həyat tərzinin nümayəndələri  meydan sulayır.   
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hər gün nə qədər əməliyyat keçirir, yenə bu problem öz həllini tapmır.  Deməli, problemin kökləri çox dərinə işləyib. 
Axı, nə qədər yazmaq olar ki, Adəm və Hatəm qardaşları fahişə biznesini özləri üçün  qazanc mənbəyinə çeviriblər. 
Birincisi, Adəm və Hatəm qardaşları  hətta müqəddəs dinimizdə keçən AD-larından utanmırlar. 
İkincisi, bu qardaşlar fahişə biznesindən qazandıqları çörəyi öz ailələrinə, balalarına necə yedirdirlər ? 
Bunlar məsələnin mənəvi-əxlaqi tərəfidir. 
Biri də var məsələnin daha ciddi olan hüquqi tərəfi. 
Tutaq ki, bu qardaşlar  üçün AD, AİLƏ, DİN kimi müqəddəs dəyərlər yoxdur. Bəs HÜQUQ ? 
Bəs hüquq-mühafizə orqanları hara baxır ? 
Niyə bu günədək bu qardaşlar həbs olubnmayıb ? 
Neçə dəfə yazmaq olar ki, bu qardaşların  kabinetləri gizli çəkiliş, videomaterial, kompromat üçün məkandır. Yəni bu qardaşlar təkcə  fahişələrə xidmət etmir, həm də kompramat vasitəsilə insanları təhdid, şantaj  edərək, böyük məbləğdə pul alırlar. 
Axı, bu əxlaqsız  qardaşları  hansı məmur belə ciddi-cəhdlə müdafiə edir ? 
Bizi və cəmiyyəti bu suallar düşündürür. 
Buyurun, cavab verin, cənab səlahiyyət sahibləri. 
Cavablarınızı  dərc etməyə hazırıq. 
Bircə bizdən yazı barədə xahiş etməyin. /Gundelik-baku.com/скачать dle 12.1