Adəmin kimliyi, nəçiliyi, az qala hamıya bəllidir. O, Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babasıdır.
Ancaq haqqında söhbət açacağımız qardaşlardan biri olan Adəm isə hüquq-mühafizə orqanlarında çalışıb.
Yazımızın “qəhrəmanları” olan qardaşların o biri isə Hatəmdir.
Şərq əsatirində çox varlı, əliaçıq, səxavətli adam haqqında Hatəm sözü işlənir.
Haqqında əfsanələr dolaşan varlı Hatəm öz sərvətini, varını halal yolla qazanmışdır.
Bizim yazının “qəhrəmanı” Hatəm kimi əxlaqsızlıq yuvalarından pul qazanmırdı.
Bəli, insan oğlunun çörəyi daşdan da çıxa bilər. Amma əxlaqsızlıq yuvalarından qazanılan çörəyi heç it də yeməz.
Ümumiyyətlə, əxlaqsılıq yuvaları mövzusu bu gün daha çox aktuallaşıb.
Milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir.
Əxlaqsızlıq yuvaları əvvəllər gizlin formada özünü göstərərdi. Bu gün az qala məktəblərin, uşaq bağçalarının, xəstəxanaların yaxınlığında əxlaqsızlıq yuvaları fəaliyyət göstərir.
Bu gün paytaxtımızın mərkəzində otellər, istirahət mərkəzləri öz həqiqi təyinatını dəyişib, əxlaqsızlıq yuvalarına çevriliblər.
Bu işdə telekanallarda gedən verilişlərin də rolu az deyil. Bu verilişlər yeniyetmələrin və gənclərin həyat tərzinə və psixologiyasına ciddi zərbə vurur.
Problem o qədər aktuallaşıb ki, ölkənin Daxili İşlər Nazirliyinin tabeçiliyində İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir.
Hər gün xəbərlərdə, saytlarda, sosial şəbəkədə bu mövzuda nə qədər xəbərə rast gəlirik. Hətta öz mənzilini əxlaqsızlıq yuvasına çevirənlər də var.
Bu gün istirahət mərkəzlərində, otellərdə də yüngül həyat tərzinin nümayəndələri meydan sulayır.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hər gün nə qədər əməliyyat keçirir, yenə bu problem öz həllini tapmır.
Bu məsələdə rüşvətxor, korrupsioner, harınlamış məmurların da rolu danılmazdır.
Yazının girişində adını qeyd etdiyimiz Adəm və Hatəm qardaşları da fahişə biznesini özləri üçün peşəyə, qazanc mənbəyinə çeviriblər. Qardaşların obyektlərinə kimlər gəlmir, kimlər getmir. Və qardaşlar öz müştərilərinin videolarını yayaraq, onları şantaj edərək bizneslərini çiçəkləndirirlər. Görəsən, bu qardaşlar qazandığı pulları evə aparanda ailələrinə, uşaqlarına nə deyirlər ?
Mənbəyi əxlaqsızlıq olan çörəyi öz övladlarına necə yedirirlər ?
Axı, milli dəyərlərimizdə çörək müqəddəs kitaba bərabər tutulur, insanlar çörəyə and içirlər. Amma Adəm və Hatəm qardaşlarının çörəyinə nəinki and içmək, heç elə çörəyi itə də atmaq olmaz.
Bunlar məsələnin mənəvi-əxlaqi tərəfidir.
Bəs hüquq-mühafizə orqanları, müvafiq qurumlar hara baxır ?
Nə üçün Adəm və Hatəm qardaşlarına DUR deyən yoxdur.
Unutmamalıyıq ki, bu hal uzun müddət davam edərsə, bu əxlaqsılğa DUR deməyənlərin də bir gün qapısını döyəcəkdir.
P.S Növbəti sayımızda Hatəm və Adəm qardaşlarının havadarları haqqında yazı dərc edəcəyik. Bizi izləyin. /Gundelik-baku.com/
Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları …- Hüquq-mühafizə orqanları bu qardaşların əməllərinə niyə göz yumur ?
22
sentyabr
10:25

Qarabağ
KOMMENTLƏR
Binəqədi “Daş bazarı”nda çörək daşdan çıxmır… - Milyonlar qazanan bazar vergidən yayınır?
“Pəzəvəng” kafesi, “Məsti-xumar” gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi hara baxır ?
49 qadının saxlanıldığı kafenin sahibini infarkt vurdu
“Ermənilər Allahın evində heyvan saxlayıb“ - Liviyalı diplomat
Erməni dilini öyrənmək istəyənlər üçün kurslar təşkil olunur
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat