Avstraliya həkimləri son sutka ərzində 289 koronavirusa yeni yoluxma halı qeydə alıblar. Həmçinin, son 24 saatda həyatını itirənlərin sayı da rekord həddə çatıb – 25 nəfər.
AzərTac Avstraliya Səhiyyə Nazirliyinin avqustun 17-də yaydığı məlumata istinadla xəbər verir ki, bununla da ölkə üzrə həyatını itirənlərin ümumi sayı 421 nəfərə çatıb.
Nazirliyin məlumatında bildirilir ki, bu günədək Avstraliyada virusa yoluxanların ümumi sayı 23 min 576 nəfər təşkil edib. Onlardan 14 min 80 nəfəri sağalıb. Eyni zamanda, 680 nəfərin xəstəxanalara yerləşdiyi bildirilir ki, onlardan da 47-si intensiv terapiya şöbələrindədir. Daha 7 min 758 nəfər ambulator müalicə alır. Ümumilikdə ölkə üzrə 5 milyon 300 min nəfərin koronavirus testindən keçdiyi də qeyd edilir.
Ötən istirahət günlərində yoluxma halları əsasən Viktoriya (582), Yeni Cənubi Uels (14), Qərbi Avstraliya (1) və Cənubi Avstraliya (1) ştatlarında qeydə alınıb. Ən ağır vəziyyətin paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında olduğu qeyd edilir. Ölkə üzrə virusa yoluxanların 70 faizi (17 min 47 nəfər) bu ştatın payına düşür. Ştatda karantin elan edilib, müəssisələrin əksəriyyəti bağlıdır, bütün təhsil müəssisələri distant təhsilə keçib. Sakinlərdən evlərini əsassız tərk etməmək və tibbi maskadan istifadə tələb edilir.
Melburnda komendant saatı tətbiq olunub. Pərakəndə satış mağazaları, spirtli içkilər satan marketlər bağlanıb. İzolyasiya ilə əlaqədar qanunu pozanlara qarşı 4 957 Avstraliya dolları (3529 dollar) məbləğində cərimə nəzərdə tutulub.
Avstraliyada koronavirus pandemiyasına görə rekord sayda ölüm qeydə alınıb
17
avqust
12:06
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev