20 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. O, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayaraq, bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib.
Nazir Qordan Qrliç Radman Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib və Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə istinad edib. İki ölkə arasında bir sıra oxşarlıqların olduğunu səsləndirən Xorvatiya naziri, bu xüsusda ölkələrin suverenliyi və müstəqillik mübarizəsini qeyd edib. O, müstəqilliyin bərpası dövründə Azərbaycan tərəfindən əldə olunmuş nailiyyətlərin təqdirəlayiq olduğunu söyləyib. Nazir, Xorvatiyanın Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrinin mütəmadi əsasda keçirilməsi, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə əlaqələrimizin əsas sütunlarından olan iqtisadi sahədə, eləcə də enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, humanitar, turizm və digər istiqamətlər üzrə əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Cari səfər çərçivəsində Biznes Forumunun təşkilinin iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı platformasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan ərazisindəki son vəziyyət, xüsusilə də üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri həmkarının diqqətinə çatdırıb. Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, eləcə də minalardan təmizləmə işləri ilə bağlı məlumat verib. Dost Xorvatiyanın xüsusilə minalardan təmizləmə sahəsində təcrübəsi nəzərə alınmaqla, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesində iştirak edə biləcəyi qeyd edilib.
Görüşdə nazirlər, həmçinin bölgələrdəki vəziyyət və qlobal gündəliyə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
*** 11:32
Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman arasında görüş başlayıb.
C.Bayramov xorvatiyalı həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Nazirlər arasında təkbətək görüş başlayıb. Hazırda görüş geniş tərkibdə davam etdirilir.
***
09:08
Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri cənab Qordan Griliç ölkəmizə rəsmi səfərə gəlib.
Səfər çərçivəsində Qordan Griliç Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Görüşdən sonra Azərbaycan və Xorvatiyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Azərbaycan və Xorvatiya XİN başçıları arasında görüş oldu - YENİLƏNİB
20
oktyabr
15:59
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı