Uşaqların sevimli animasiya filmi “Maşa və Ayı” cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir.
Cizgi filminin bu buraxılışı Azərbaycanın “Məlikməmməd” nağılı əsasında hazırlanıb.
Cizgi filmində uşaqlara düzgünlük və dürüstlük aşılanır. Filmdə Azərbaycanın adət və ənənələrindən bəhs edilir. Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində olan milli mətbəximizin şəkərbura, paxlava və qoğal kimi inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.
Eyni zamanda, cizgi filmində azərbaycanlıların armudu stəkanda çay içməyi xoşlamaları xüsusi vurğulanır.
Qeyd edək ki, bir müddət əvvəl “Maşa və Ayı” cizgi filmi Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü çəkilmişdi.
Animasiyada milli mətbəx nümunələrimiz dolma, şəkərbura və paxlava nümayiş olunub, məşhur “Cücələrim” mahnısı səsləndirilib. “Maşa və Ayı” cizgi filmi indiyə qədər dünyanın 39 ölkəsində nümayiş olunub.
Sonradan isə həmin hissə “YouTube” kanalından silinmişdi. Bununla bağlı "news.ru" saytına açıqlama verən istehsalçı şirkət rəsmisi Dmitri Laveyko animasiyanın Azərbaycana həsr olunan bölümündə bəzi adlarda səhvə yol verildiyini və bunlar düzəldikdən sonra isə yenidən “YouTube” səhifəsinə yüklənəcəyini qeyd etmişdi.
“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO
21
oktyabr
18:16
Qarabağ
KOMMENTLƏR
Ermənilər "Maşa və Ayı"nın Azərbaycan buraxılışını SİLDİRDİ
"Cıdır düzündə paxlava ilə çay içirəm" - İlham Əliyev
"Nargis" Fondunun dəstəyi ilə Samsung şirkəti tərəfindən təşkil edilmiş Cinemobile-in Azərbaycan regionlarına olan turu başa çatıb
Ermənilər Paşinyanı siçovula bənzətdi
“Ögey ana”da İsmayılın dostu — Dadaş uzun illərdən sonra - FOTO
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev