O, məhkəmədə hər şeyi açıb-deyəcəyini bildirmişdi
Məlumdur ki, 2019-cu ilin sentyabr ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə birgə keçirilən əməliyyat zamanı mütəşəkkil dəstə tərkibində birləşən əvvəllər eyni əməllərə görə məhkum olunmuş şəxlərin yaratdığı şəbəkənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb edildilər. Mütəşəkkil dəstənin üzvləri uzun müddət qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar. Əməliyyat zamanı 40 ton mənşəyi məlum olmayan ət aşkar edilmişdi. Ortaya xeyli suallar çıxır :
1. Bir gündə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilibsə, görün illər uzunu bu dəstə Azərbaycan vətəndaşlarına nə qədər xəstə heyvan cəsədi, at-eşşək əti yedirib? Söhbət 100 tonlardan gedir...
2. Axı bu boyda şəbəkədən bəzi səlahiyyət sahiblərinin necə xəbəri olmaya bilərdi ?
3.Yüz tonlarla xəstə heyvan cəsədini, at-eşşək ətini "əritmək", realizə etmək illər uzunu necə mümkün olub ?
4. Axı, 100 tonları satmaq üçün böyük bir ictimai-iaşə şəbəkəsinə, restoranlara, şadlıq evlərinə, kafelərə, dönərxanalara, uşaq bağçalarına ehtiyac vardı.
Bir daha tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, "leş mafiyası" Hacı Məmmədovun killer şəbəkəsindən qat-qat daha təhlükəli olub. Killer şəbəkəsi 5-10 nəfərin canına qəsd edibsə, "leş mafiyası" yüz minlərlə vətəndaşımızın sağlamlığını məhv edib.
Bəli, dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.Təəssüf ki,
Bugünədək murdar, xəstə ət alan restoranların və sahibkarların adları açıqlanmayıb.
Bəs bu boyda cinayətləri törədən “Leş Tofiq” necə azadlığa çıxdı ?
Redaksiyamıza daxil olan məlumata görə, Leş Tofiq həbsxanadan onunla şərik olan kafe, dönərxana, restoran sahiblərinə "ultimatum" göndərib ki, mənim azad olunmağıma kömək edin, yoxsa "açacam sandığı tökəcəm leşləri".
“Leş Tofiq” canını həbsdən necə qurtardı ?
17
avqust
17:36
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı