Bakıda saxta ipoteka sənədi hazırlayaraq taksi sürücülərinə qarşı dələduzluq edən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabov müəyyən edilərək tutulublar. Qeyd edək ki, taksi sürücülərinə qarşı dələduzluq etmək təklifi əvvəlcə dəstə üzvü E.Kazımovdan gəlib.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Bakının Nizami və Xətai rayonları ərazilərində yerləşən merto stansiyalarının yaxınlığında ayrı-ayrı taksi sürücülərinə müştəri kimi yaxınlaşaraq yalandan internetdən əldə etdikləri üzərində kənar şəxsə aid fotoşəkil olan sənədi guya ipoteka arayışı kimi təqdim edib dedikləri ünvana çatdırılmasını xahiş ediblər. Bundan sonra saxlanılanlardan biri taksi sürücüsünü kənarda dayanan digər dəstə üzvü ilə telefonla danışdırıb. Həmin şəxs isə taksi sürücüsündən yanında olan adama müxtəlif məbləğdə pul verməsini xahiş edib, sənədi ona çatdırdıqda həmin pulu əlavə zəhmət haqqı ilə birlikdə artıqlaması ilə ödəyəcəyini yalandan vəd edib. Taksi sürücüləri sənədi alıb dəstə üzvlərindən ona yaxınlaşan şəxsə pulu verib deyilən ünvana getdikdə isə onu qarşılayan şəxsin olmadığını görüb dələduzluq yolu ilə aldadıldığını və ipoteka sənədi adı altında ona verilən arayışların saxta olduğunu anlayıblar.
Qeyd edək ki, saxlanılan dəstə üzvlərindən biri V.Zöhrabovun üzərində şəxs axtarış aparılan zaman ondan 0,420 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.
Hazırda dəstə üzvlərinin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Gördüyünüz
bu şəxslərin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər. Həmçinin vətəndaşların özlərinin də bu tipli dələduzların toruna düməməsi üçün ayıq-sayıq olmaları tövsiyə edilir.
Bakıda saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstənin üzvləri saxlanıldılar
28
sentyabr
16:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev