"Xəzər" televiziyasında uzun müddətdir yayımlanan "Dönə bilsəm" verilişi bağlanıb. Bu haqda proqramın aparıcısı Zümrüd Qasımova sosial şəbəkədə bildirib: "Xəzər TV"də yayımlanan "Dönə bilsəm" verilişi artıq fəaliyyətini dayandırdı. Bu yolda mənimlə birgə əziyyət çəkən bütün dostlarıma təşəkkür edirəm. Yeni layihələrdə görüşərik".