Görüşdə H.Akar 8 Noyabr-Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
H.Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha çox inkişaf edəcəyini, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah da qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olacağını vurğulayıb.

