Xalq artisti Afaq Bəşirqızının gəlini Könül Təhməzovanın 7 nömrəli məktəbə direktor təyin olunması birmənalı qarşılanmayıb.
Sosial şəbəkədəki çoxluq onun bu posta məhz qayınanasının nüfuzu sayəsində təyin olunduğunu iddia edib. Könül Thməzovanın şəxsi bloqunda özü haqqında yazdığı məlumatlarda qrammatik səhvlərə yol verməsi isə ona qarşı tənqidləri daha da şiddətləndirib.
Afaq Bəşirqızı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, gəlinin təyinatını mətbuatdan öyrənib:
“Da, də bağlayıcısını mənim gəlinim yazmayıb, sayta yerləşdirən qız onu elə yazıb. Mənim gəlinim ali təhsilli müəllimədir. Özü də Təhsil İdarəsində şöbə müdiri işləyib. Həddən ziyadə savadlı xanımdır və təhsillə bağlı son beş ildəki fəaliyyəti də Təhsil Nazirliyi tərəfindən bilinir. Onun keçirdiyi konfranslar, gördüyü işlər məlumdur. Mən heç bir zaman gözümün işığı da olsa, heç kimə ağız açan biri deyiləm. Bu, mənim təbiətimdə yoxdur. Bir də ki məktəb direktorlarını boş yerdən o vəzifəyə təyin etmirlər. Onların imtahanları var. 7 nömrəli məktəb vaxtında çox tanınmış məktəb olub. Afaq Bəşirqızının gəlini savadsız olsa idi, tanınmış məktəbə onu təyin etməzdilər. Afaq Bəşirqızı onda məsələyə qarışardı ki, gəlini savadsız olardı. Ona irad tutardı ki, sənin savadın yoxdur, niyə vəzifəyə təyin edirlər?! Mən xəbəri mətbuatdan bilmişəm. Bu, qəfildən olan bir şeydir”.
Xalq artisti deyilənlərin cəfəngiyyat olduğunu vurğulayıb:
“Mənim gəlinim evdar qadın deyildi ki, evdən götürüb məktəb direktoru qoysunlar. O, Təhsil İdarəsində ən öndə gedən işçilərdən idi. Deyilənlər cəfəngiyyatdır, axmaq bir yalandır. Bu, qaragüruhçuların, trolların işidir”.
Afaq Bəşırqızı qəzəbləndi: "Əgər gəlinim savadsız olsaydı...."
18
avqust
12:39
Qarabağ
KOMMENTLƏR
Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqını boykot etdi - AÇIQLAMA
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Könül Kərimovanın yazdığı, Məhəbbət Kazımovun oxuduğu mahnı plagiatdır?
“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev