Xarici işlər naziri Ceyhun Bayramov Fransaya səfəri çərçivəsində YUNESKO-nun baş direktoru Odre Azule ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov YUNESKO-nun baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib.
O, ölkəmizin YUNESKO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Görüşdə mədəniyyət, təhsil, sosial və humanitar elmlər sahəsində əlaqələrə toxunulub, Azərbaycanın bundan sonra da təşkilatın ali məqsədlərinin təbliğ edilməsində səylərini davam etdirəcəyi nəzərə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş "Bakı Prosesi” kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa, tolerantlıq və multikulturalizmin təşviqinə verdiyi töhfələr vurğulanıb.
Azərbaycan-YUNESKO Etimad Fondundan Təşkilatın iki əsas prioritetlərindən olan Qlobal Afrika Prioriteti və gender bərabərliyi sahəsində reallaşdırılan layihələrdən söz açan nazir, pandemiya zamanı təhsilin davamlılığını təmin etmək məqsədilə YUNESKO-nun təşəbbüsü ilə yaradılmış Qlobal Təhsil Koalisiyasına Azərbaycanın verdiyi töhfəni qeyd edib.
Bundan əlavə, nazir Ceyhun Bayramov Azərbaycanın dahi mütəfəkkiri və şairi Nizaminin 880 illik yubileyinə həsr olunan, YUNESKO Baş qərargahında təşkil edilmiş tədbirin həm-təşkilatçısı olduğuna görə xanım baş direktora təşəkkürünü bildirib.
Öz növbəsində Odre Azule Azərbaycana təşkilata verdiyi daimi dəstəyə görə minnətdarlığını, artan templə inkişaf edən münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Ceyhun Bayramov YUNESKO-nun baş direktoru ilə görüşdü
10
noyabr
18:26
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı