Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Məlumata görə, 2021-ci il noyabrın 15-də ölkə üzrə 394 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Çəmənzəminli küç., ev 52m ünvanında yerləşən, fiziki şəxs Əsgərov Ramin Yəhya oğluna məxsus “Barjomi” kafesi;
2. Bakı şəhəri, Nizami rayonu, Babək pr. 65B ünvanında yerləşən, fiziki şəxs Məmmədov Səbuhi Yunis oğluna məxsus restoran;
3. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 38c ünvanında yerləşən, hüquqi şəxs "Basstone Restaurant" MMC-yə məxsus “Basston” restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 21m ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad qızına məxsus “Beearıf By Mydom” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;
6. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran;
7. Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən, fiziki şəxs Hətəmov Zair Məzahir oğluna məxsus "Love is" kafesi.
AQTA daha 7 müəssisədə pozuntular aşkarladı
16
noyabr
19:47
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı