Ermənistan-Azərbaycan sərhəddə baş verən təxribatlar səngimək bilmir. Anoloji durum bu gün də baş verib. Ermənistan Silahlı Qüvvələri bu gün Laçın istiqamətində mövqelərimizə hücum edərək, yenidən vəziyyəti gərginləşdiriblər. Erməni tərəfi ağır artilleriya və qumbaraatanlardan da istifadə edir. Buna adekvat cavab olaraq Azərbaycan tərəfi yenidən PUA-lardan istifadə edə bilərmi?
Hərbi ekspert Şair Ramaldanov yenisabah.az-a bildirib ki, PUA-lardan istifadə edilib-edilməməsi qərarını yalnız hərbi rəhbərlik verə bilər.
“Vəziyyətə görə hər bir vasitədən istifadə olunacaq və qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirmək üçün əməliyyatlara hətta PUA-lar da cəlb oluna bilər. Ona görə də, istər dronlar, istərsə də hansısa digər texnika olsun, fərq etmir, ordumuz tapşırığı yetirmək üçün bütün vasitələrdən istifadə edəcək”, - deyə Ramaldanov vurğulayıb.
Ekspert əlavə edib: “Birincisi, müharibə qurtarmayıb, çünki atəşkəs müharibənin qurtarması demək deyil. İkincisi, Ermənistanla sülh müqaviləmiz yoxdur və biz hələ də müharibə şəraitindəyik, sadəcə aktiv faza deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və prinsipial olaraq dəfələrlə demişik ki, Ermənistan ərazisində gözümüz yoxdur. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, əgər Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata əl atarsa və yaxud da revanşist qüvvələr orada baş qaldırarsa, Azərbaycan Silahlı Qüvvələri adekvat cavab verərək, dəmir yumruğunu işə sala bilər”.
Azərbaycan havaya dron qaldıracaqmı? - Polkovnikdən AÇIQLAMA
16
noyabr
18:27
Qarabağ
KOMMENTLƏR
Ermənistan itkilər verməyə davam edəcək - XƏBƏRDARLIQ
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
“Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
“Ermənilər yenidən təxribatlar törədir” - RUSİYALI EKSPERT
“Yeni müharibə qaçılmazdır, çünki...” – Erməni ekspertdən şok etiraf
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev