“Ermənistanla Azərbaycan arasında müharibə bitsə də, İrəvan iki istiqamətdə Bakıya qarşı savaşı davam etdirməkdədir:
1. Mina müharibəsi
2. İnformasiya savaşı
Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Elman Nəsirov belə deyib. Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı apardığı mina müharibəsi beynəlxalq terrorizmin əsas istiqamətlərindəndir.
Mina müharibəsinə niyə mina terrorizmi deyilir?
“Terrorizmi ifadə edən təriflərin əksəriyyətində belə bir yanaşma var ki, söhbət beynəlxalq terror əməlindən gedirsə, bu prosesdə eyni vaxtda 4 tərəf iştirak edir:
⦁ Təşkilatçı
⦁ İcraçı
⦁ Terror qurbanları
⦁ Sağ qalmış insanlar
Terrorun bütün digər cinayət növlərindən ən böyük fərqi ondadır ki, təşkilatçı və icraçının əsas hədəfi heç də onların qurbanları deyil. Birbaşa hədəf terrordan sonra sağ qalmış insanlardır. Yəni cinayəti elə dəhşətli şəkildə etmək lazımdır ki, həyatda qalanlar qorxsun, vahiməyə düşərək kəndləri, şəhərləri boşaltsınlıar. Terror siyasi motivli bir cinayətdir”.
Elman Nəsirov əlavə edib ki, Azərbaycan Ermənistan tərəfindən hazırda da eyni yanaşmanı görür.
Belə ki, ermənilər mina terrorizmi ilə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Qarabağa qayıdışını əngəlləməyə çalışır:
“Sağ qalmış insanları diqqətdə saxlayıblar ki, onların Qarabağa qayıdışı baş tutmasın. Əsas niyyətləri budur. Bu da beynəlxalq terrorizmin əlamətidir. Təzyiq altında bəzi rayonların mina xəritələrini verib, amma həmin sənədlər də yarımçıq və qeyri-dəqiqdir. Dəqiqlik səviyyələri 25 faizdir. Yəni, verdiyi xəritələrin 75 %-i yanlışdır. Bu halda beynəlxalq birlik, ictimaiyyət, dövlətlər, təşkilatlar Ermənistana təzyiq vasitələrindən istifadə etməlidirlər”.
Deputatın sözlərinə görə, Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur edilməlidir. Yoxsa İrəvan bütün cinayətlərə görə başqa müstəvidə cavab verməli olacaq.
Elman Nəsirovdan beynəlxalq birliyə ÇAĞIRIŞ: “Ermənistanın mina terrorunu dayandırın, əks təqdirdə...”
23
noyabr
15:44
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev