"COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir. Bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir. Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, kardioloq İlqar Tahiroğlu deyib.
O qeyd edib ki, COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür.
Nazirlik rəsmisi bildirib ki, COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur: "COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir. Özəlliklə ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürəkdə ən önəmlisi ürək əzələsinin iltihabına səbəb olur. Bu iltihaba bağlı olaraq bütün əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Bir əsas zədələnmə də ürəkdə ciddi aritmiyalara səbəb olur ki, xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və ürək dayanmasına qədər gətirib çıxarır".
"COVID-19 ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur" - Kardioloq
26
noyabr
11:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat