Xaçmaz rayonunun Su Kəməri qəsəbəsində sakinlərin susuzluqdan əziyyət çəkdiyi barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Bakını “Şollar suyu” ilə təmin edən qəsəbədə su yoxdur.
Bakısəsi xəbər verir ki, bu gün Xaçmazın icra başçısı Elnur Rzayev həmin qəsəbəyə gedərək sakinlərlə görüşüb. İcra başçısı kəndin bütün problemlərini diqqət mərkəzində saxlanacağını bildirib.
Elnur Rzayev deyib ki, rayonun bütün kəndlərinin hər bir sahədə mövcud olan çatışmamazlıqları diqqət mərkəzindədir və onların həlli istiqamətində konkret addımlar atılır. İcra başçısının sözlərinə görə, içməli su təminatı ilə bağlı problemi çox qısa müddət ərzində öz həllini tapacaq. Eyni zamanda kənd ərazisinin abadlaşdırılması, komunal xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlar verilib.

скачать dle 12.1