Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində görüşü planlaşdırılır. Bu barədə Avropa İttifaqının bəyanatında deyilir.
Bildirilir ki, İlham Əliyev və Nikol Paşinyan sərhəddə insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gələcəklər. Məsələ bundadır ki, Ermənistanda bu görüşün keçirilməsinin əleyhinə olan qüvvələr var. Xüsusən bu qüvvələr Rusiyanın dəstəklədiyi keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistanın ana müxalifət partiyasıdır. Maraqlıdır, onlar bu dəfəki danışıqları pozmaq üçün hansısa təxribata əl atacaqlarmı?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Nəsirov cavablandırıb. O bildirib ki, bu görüşlər yekun bir sənədin - sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradılmasına xidmət edir:
“Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı noyabrın 26-da Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçi görüşü keçirildi. Lakin Soçi görüşündən öncə Brüsseldə Azərbaycan və Ermənistanın siyasi liderlərinin görüşünün keçiriləcəyi bəlli idi. Brüssel görüşündə Soçidə əldə edilən razılaşmaların, xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası məsələsi, həmçinin kommunikasiya xətlərinin bərpası ilə bağlı razılaşmalar ətrafında müzakirələrin bir qədər də dərinləşməsi proqnoz edilir. Görüşdə minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim edilməsi, etimad mühitinin yaradılması, ayrı-ayrı dövlət qurumları arasında birbaşa təmasların qurulması kimi məqamların da müzakirə ediləcəyi gözlənilir. Bu mənada Brüssel görüşü Soçi görüşünün məntiqi sonluğu sayıla bilər. Təbii ki, bu görüşlər yekun bir sənədin-sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradılmasına xidmət edir”.
Deputat bildirib ki, mühüm sənədlərin imzalanma prosesi zamanı Ermənistanda revanşist qüvvələr vəziyyəti gərginləşdirməyə çalışırlar:
“Onlar bunun üçün ənənəvi üsullardan istifadə edirlər. Atəşkəsin pozulması, hərbi təxribatlar və avantüraların dəfələrlə şahidi olmuşuq. Belə təxribatların sonuncusu noyabrın 16-da baş verib. Ona görə də bu məqamlar nəzərə alınmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi, hüquq-mühafizə orqanları və digər müvafiq qurumlarımız istənilən şəraitdə adekvat reaksiya vermək qabiliyyətindədir. Ermənistan tərəfi unutmamalıdır ki, “Dəmir yumruq” öz yerindədir”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, indidən bu barədə nə isə söyləmək çox çətindir:
“Brüssel görüşü öncəsi hərbi təxribatın baş vermə ehtimalının çox zəif olduğunu düşünürəm. Məlum oldu ki, bu yaxınlarda sərhəddə baş verə təxribatların müəllifi Qarabağ klanının üzvləridir. Söhbət Serj Sarkisyan və Robert Köçəryandan gedir. Dövlət qurumlarında və hərbi strukturlarda onların xeyli adamları var. Bu hadisələrin baş verməsinə onlar rəvac verib. İndi Ermənistanda Qarabağ klanının üzərinə hücuma keçilib. Dövlət qurumlarından bu adamların təmizlənməsi prosesi gedir. Lakin bu prosesin nə dərəcədə uğurla aparılacağı da sual altındadır. Paşinyan bu məsələdə lazımi iradə ortaya qoya biləcəkmi? Bunu indidən demək çox çətindir”.
Politoloq qeyd edib ki, Brüssel görüşü ərəfəsində oxşar hadisələrin baş vermə ehtimalı çox zəifdir:
“Hadisələr çözülmə nöqtəsinə gəlib çatıb. Təxribatçıların kimliyi qismən də olsa müəyyən edilib. Bu mənada görüş ərəfəsi hansısa hadisənin baş verəcəyini deyə bilmərəm”.
Brüssel görüşü öncəsi hərbi təxribat baş verə bilərmi? - AÇIQLAMA
02
dekabr
10:30
Qarabağ
KOMMENTLƏR
Üçtərəfli görüşdən nə gözlənilir? – “Soçi görüşü gələcəkdə sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaradacaq”
“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ
Avropa İttifaqının təşəbbüsü özlüyündə müsbət hadisədir - DEPUTAT ŞƏRH ETDİ
İlham Əliyev və Paşinyan görüşəcək - Tarix açıqlandı
Moskva görüşü ümidləri doğrultmadı: Paşinyana kim təsir etdi?
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı