İran, Azərbaycan və Gürcüstan Fars körfəzi-Qara dəniz marşrutu üzərində razılaşdı: beləliklə, Azərbaycan Fars körfəzi (Ərəbistan dənizi və Hind okeanı) ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit olacaq.
Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin Qərb marşrutunun (Qafqaz-Fars körfəzi) genişləndirilmiş (Fars körfəzi-Qara dəniz) forması olan bu layihənin icrası üçün vaxtilə Tehrandan Bakıya təkliflər edilirdi, lakin xüsusilə İranın Türkiyə marşrutuna alternativin yaradılması planı Azərbaycanın tərəddüdlərinə səbəb olurdu. İndi situasiya dəyişib: II Qarabağ müharibəsindən sonra Türkiyənin əsas təşəbbüskarı olduğu 3+3 formatı İranı da öz daxilində görür və Ankaranın özü də Hind okeanına çıxış üçün bu dəhlizdən istifadə edə bilər.
İran bu dəhlizlə Avropa bazarına çıxış imkanını şaxələndirməyi düşünür, hərçənd, razılaşmanın hər üç tərəfi sanksiyaların dəhlizin potensial daşımalarına problem yarada biləcəyi perspektivini də anlayırlar. Bu baxımdan, Tehranın bu dəhliz üzərindən əldə etmək istədiyi iki qazanc var:
Birincisi, müharibədən sonra Cənubi Qafqazda oyundan kənarda qalmayacaq;
İkincisi, "bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialını artırır.
Gürcüstan da anlayır ki, İrana qarşı sanksiyalar dəhliz üzərindən Avropa bazarına çıxışın perspektivini azaldır, lakin Tbilisinin bu layihədə qazancı Şərqə doğru ticarət yollarını genişləndirməkdir.
Razılaşmada əsas qazanan tərəf Azərbaycandır:
- "Bir kəmər, bir yol” layihəsində Cənub dəhlizinin Azərbaycan üzərindən keçən Orta dəhlizinə birləşdirilməsi siyasi və lojistik olaraq həll olunur: Bakı Avrasiyanın nəqliyyat şəbəkələrində payını daha da artıracaq;
- İran Fars körfəzi-Qara dəniz marşrutunu Ermənistan üzərindən keçirməklə Zəngəzur dəhlizinə alternativ yaratma planından imtina etməli oldu: bu, Tehranın 3+3 formatına doğru gəlməsini daha da yaxınlaşdırır;
- Və ən əsası Ermənistanın yeganə alternativi əlindən alındı: İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlindədir.
Bakı İrəvanın yeganə alternativini əlindən aldı
09
dekabr
18:02

Qarabağ
KOMMENTLƏR
İranlı nazir İrəvanda Paşinyanla görüşəcək
İran, Azərbaycan və Gürcüstan yeni tranzit marşrutunun yaradılması üzrə razılığa gəlib
Ərdoğanın Fars körfəzi ölkələrinə ikinci səfəri gözlənilir
Ərdoğan avqustda Fars Körfəzi ölkələrinə ikinci turunu planlaşdırır
İran Cənubi Azərbaycandan Ermənistana dəhliz çəkəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat