Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda Fars körfəzi ölkələrinə ikinci səfəri planlaşdırır.
CNN Türk xəbər verir ki, bundan əvvəl o, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfər edib. Tur zamanı 50,7 milyard dollarlıq bir sıra sazişlər imzalanıb.
Avqustda prezidentin Fars körfəzi ölkələrinə ikinci turu, o cümlədən Bəhreyn, Oman və Küveytə, eləcə də İraqa səfəri planlaşdırılır.
Prezident sentyabrın 9-10-da Hindistanda keçiriləcək G-20 sammitində və sentyabrın 18-19-da ABŞ-da BMT Baş Assambleyasının iclasında iştirak edəcək.
Sentyabrda Ərdoğanın Almaniyaya rəsmi səfəri gözlənilir.
скачать dle 12.1