Ulu öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ümummilli lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən anım mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğal siyasətinə baxdıqda, ilk növbədə, Heydər Əliyev şəxsiyyətinin onların qarşısında duran ən böyük maneə olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: “1980-ci illərin sonunda Ulu Öndərin SSRİ-nin Mərkəzi hakimiyyət orqanlarında tutduğu vəzifələrdən kənarlaşdırılması ilə Azərbaycan xalqına qarşı mənfur siyasətin başlamasının bütün çalarlarını görürük. Çünki onların qarşısında ən böyük sipər Ulu Öndər amili idi. Həmin dövrdə Azərbaycana qarşı o mənfur planları planlaşdıranlar və həyata keçirənlər hər şeyi çox gözəl hesablamışdılar. Amma onlar bir amili görə bilmədilər - Azərbaycan xalqının müdrikliyini. Onlar 1993-cü ildə xalqın israrlı tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıtması nəticəsində ölkəmizin yenidən qurulması prosesini nəzərə almamışdılar. Heydər Əliyevin qoyduğu dövlətçilik irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən il noyabrın 8-də, Şuşa işğaldan azad olunduğu gün Prezident İlham Əliyev Ulu Öndərin məzarını ziyarət edərkən bu sözləri dedi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Ulu Öndərin Azərbaycan xalqı və xüsusilə də Ali Baş Komandan qarşısında qoyduğu əsas vəzifə Qarabağın işğaldan azad edilməsi idi. Ulu Öndər məcburi köçkünlərlə görüşlərinin birində, əminliklə deyirdi ki, biz Laçına da, Kəlbəcərə də, Şuşaya da qayıdacağıq, işğal altında olan digər torpaqlarımıza da qayıdacağıq. Bu, həqiqətən də belə oldu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı o torpaqlara qayıtdı və qüdrətini bir daha göstərdi”.
Hikmət Hacıyev deyib ki, bu gün Azərbaycan dövləti Ulu Öndərin qoyduğu irs əsasında hərtərəfli inkişaf edir, beynəlxalq aləmin layiqli üzvüdür və ölkəmizin dünyada artan nüfuzu hər kəsin gözü önündədir.
"Ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır" - Hikmət Hacıyev
12
dekabr
15:41
Qarabağ
KOMMENTLƏR
"Ulu Öndər özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı" - Hikmət Hacıyev
ADU-nun əməkdaşları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı