Təqvimdə dahi insanların yalnız doğum günü olur. Ona görə də Azərbaycan xalqı 10 may tarixini məhz Ulu öndər Heydər Əliyevin doğum günü kimi qeyd edir.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan xalqının qəlbində ulu öndərin irsi yaşayır.
"Heydər Əliyevin fəaliyyəti məhz Azərbaycan Respublikasının, ölkəmizin inkişafı, dövlətçiliyinin gücləndirilməsi ilə bilavasitə bağlıdır. Ulu öndər fenomeninə yalnız Azərbaycan Respublikasının kontekstində yox, 200 il ərzində ölkəmizə qarşı hazırlanmış məkrli planlar çərçivəsində baxmaq lazım idi. İstər 19-cu, istər 20-ci yüzillikdə addım-addım ölkəmizə qarşı bu plan həyata keçirilirdi.
Məhz Qarabağ hərəkatı, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 1980-ci illərin sonunda ulu öndərin SSRİ rəhbərliyindən götürülməsindən və ona qarşı məkrli planların həyata keçirilməsindən sonra başladı. Burada məkrli planı həyata keçirənlər hər şeyi çox yaxşı şəkildə planlaşdırmışdılar. Amma onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, rəhmətlik Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi idi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri qoyuldu. Ölkəmizin daxili siyasətinin inkişafı, xarici siyasət strategiyasının əsasları qoyuldu. O addımla da Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoydu.
O, yalnız yaşadıqları dövrlə yox, özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı. Ulu öndər tərəfindən qoyulan siyasi irs bu gün də qorunub saxlanılır. Ulu öndər tərəfindən qoyulmuş bir vəsiyyət var idi, Qarabağın işğaldan azad olunması. 8 Noyabr 2020-ci ildə Azərbaycan qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab prezident tərəfindən də xalqımıza, dünya azərbaycanlılarına müraciətdə məhz ata vəziyyətinin həyata keçirilməsini səsləndirdi", H. Hacıyev deyib.
"Ulu Öndər özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı" - Hikmət Hacıyev
10
may
14:11
Qarabağ
KOMMENTLƏR
"Ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır" - Hikmət Hacıyev
"Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur!" - Hikmət Hacıyev
ADU-nun əməkdaşları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR
Sumqayıtda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub - FOTOLAR
Deputat: “Heydər Əliyevin də, Rəsulzadənin də ömrü mənsub olduqları xalqın ömrü qədərdir”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı