"Qeyd etdiyimiz kimi, bu il Məhərrəm ayı və Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq"
Bunu Bakısəsinə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin deyib. O bildirib ki, bütün müsəlman ölkələrində bu məhdudlaşdırıcı tədbirlər həyata keçirilir:
"Bildiyimiz kimi, kütləvi tədbirlərdə virusun yoluxma riski daha çox olur. Ona görə də, Azərbaycanda yas və toy mərasimlərinin keçirilməsi hələ də qadağan olunur. Dinimiz sağlamlığımıza çox önəm verir. Sağlamlığı qorumaq həm də bizim dini vəzifəmizdir. İnsanın həm özünün, həm də ətrafındakı şəxslərin sağlamlığını qoruması Allah qarşısında olan məsuliyyətdir.
Mən düşünürəm ki, bu il Aşura tədbirlərinin kütləvi şəkildə qeyd olunması mümkün deyil. Bütün bunları nəzərə alaraq, biz də Qafqaz Müsəlmanları İdarəsi olaraq insanlara müraciət etmişik. Ehsanlara verilən vəsait isə insanlara ərzaq yardımı üçün yönəldilə bilər. Məscidlərdə qan vermə aksiyaları da keçirilməyəcək. Buna baxmayaraq, insanlar qaydalara riayət etmək şərti ilə həmin gün qan bankına müraciət edə bilərlər.
Eyni zamanda din xadimləri sosial şəbəkələr vasitəsilə insanlara müraciət edərək onların mənəvi ehtiyaclarını qismən də olsa qarşılamağa çalışacaqlar. Kütləvi informasiya vasitələrində müəyyən proqramlar olacaq.
İnsanlar mövcud vəziyyəti nəzərə alaraq hərəkət etməlidirlər. Ümid edirik ki, bu virusun ömrü qısa olar və gələn ildən həyat öz normal axarına qayıdar. Hər bir halda qaydalara riayət etmək həm dini, həm də mənəvi məsuliyyətdir"
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
20
avqust
15:49
Qarabağ
KOMMENTLƏR
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: “Özünüzü təhlükəyə atmayın!!!”
Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək
TƏBİB: Məscidlər açılmayacaq
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev