İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla daxil olan 4 nəfər saxlanılıb.
Araşdırmalarla onların rayonun Həsənqaya kənd sakinləri - Ceyhun Abışov, Şahin Abışov, Sənan Həsənov və Məsim Həsənov olduqları müəyyən edilib.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Azad edilmiş ərazilərə icazəsiz gedən şəxslər saxlanıldı
17
dekabr
11:27
Qarabağ
KOMMENTLƏR
Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyənlər SAXLANILDI
İşğaldan azad edilmiş ərazilərə getmək istəyən şəxs HƏBS EDİLDİ
Azad olunan ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər tutuldu
Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıldı
Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyənlər saxlanıldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı