İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində işğaldan azad edilmiş Çaylı kəndinə gizli yollarla daxil olmaq istəyən şəxs, rayonun Hacıqərvənd kənd sakini Telman Yusibov saxlanılıb. Araşdırmalar zamanı onun balıq ovlamaq məqsədi ilə Çaylı kəndinin ərazisindən keçərək Suqovuşan kəndinə daxil olmaq istədiyi müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Yusibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
İşğaldan azad edilmiş ərazilərə getmək istəyən şəxs HƏBS EDİLDİ
19
oktyabr
10:42

Qarabağ
KOMMENTLƏR
Qanunsuz yollarla Cəbrayıla getmək istəyən şəxslər HƏBS EDİLDİ
Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıldı
Azad olunan ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər tutuldu
Azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyənlər saxlanıldı
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 4 nəfər tutuldu
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər