Prezident İlham Əliyevin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Qaynarinfo-nun xəbərinə görə, gələn ilin yanvar ayınadək icra hakimiyyətlərinin tabeliyində olan bağçalar Təhsil Nazirliyiə tam təhvil veriləcək.
Hazırda Bakı və Gəncə Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri idarələrinin tabeliyində olan bağçalarda təhvil-təslim işləri gedir. Ləğv edilən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusov təhvil-təslim prossesində iştirak edir. O, gələn aydan rəsmən işsiz statusunda olacaq. Cəmi 3 uşaq evi - 1 saylı uşaq evi (Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 66 ünvanında yerləşir), 2 saylı uşaq evi (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Massivdə yerləşir) və 3 saylı uşaq evi (Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 12V) Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalacaq. 300-dən artıq bağça isə Təhsil Nazirliyinə veriləcək.
Eldar Yunusovun fəaliyyət dövri ilə bağlı yoxlamalar aparılır. Qarşıdakı aylarda bütün mövcud vəziyyət, çatışmazlıqlar və onların həlli yolları ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Onu da qeyd edək ki, uzun illər Bakıda əksər bağçalar Eldar Yunusov və bir sıra vəzifəli şəxslərin xanım ailə üzvlərinin rəhbərliyi altında idarə edilib. Məsələn, Binəqədi rayonunda 266 saylı körpələr evi-uşaq bağçasına 1992-ci il təvəllüdlü Yunusova Fəridə Eldar qızı rəhbərlik edir. Eldar Yunusov 2017-ci ildə qızı Fəridə Yunusovanı sözügedən bağçaya müdir təyin edib.
Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Nizami rayonunda yerləşən 175 saylı körpələr evi-uşaq bağçasının müdiridir.
Gəncə şəhəri üzrə Məktəbəqədər təhsil müəssisələrinin kuratoru Yadigar Bədəlov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 42 uşaq bağçası Təhsil Nazirliyinin tabeçiliyinə keçib: "Hələlik təhvil-təslim prosessi gedir. Yalnız bir neçə uşaq evi Gəncə şəhər İcra Hakimiyyətinin tabeçiliyində olacaq”.
Bu uşaq evləri Bakı meriyasında qaldı - Eldar Yunusov nə işlə məşğul olacaq?
23
dekabr
11:42
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı