Keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus "Fortis Group” MMC ilə "Akkord” şirkəti arasında maliyyə qalmaqalı davam edir.
Qaynarinfo xəbər verir ki, "Fortis Group” MMC "Akkord”a aid növbəti şirkəti məhkəməyə verib.
Söhbət "Akkord Hidrotechnical Construction Company” MMC-dən gedir. "Fortis Group” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın icraatındadır.
Bundan əvvəl isə Ziya Məmmədovun şirkəti "Akkord General Construction” MMC-ni məhkəməyə vermişdi. İddia alqı-satqı üzrə mübahisələr barədə idi. Bu məhkəmə çəkişməsinin hansı sonluqla yekunlaşdığı barədə açıq mənbələrdə bilgi yoxdur.
"Akkord General Construction” MMC ilə "Akkord Hidrotechnical Construction Company” MMC-nin qanuni təmsilçisləri ayrı-ayrı şəxslər olsa da, hər iki şirkət eyni ünvanda - Bakı şəhəri Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 59-da yerləşir.
"Fortis Group” MMC-yə gəlincə, şirkət 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.
"Fortis Group” MMC "Azbentonit” MMC-nin bazasında yaradılıb. Yəni, 2004-cü ildə yaradılan "Azbentonit” MMC 2015-ci ildə "Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə "Fortis Group” MMC-yə çevrilib.
"Fortis Group” MMC "Garant Holdinq”in törəmə müəssisəsidir. "Garant Holdinq” isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Xatırladaq ki, "Fortis Group” MMC "Akkord”dan əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus "Gilan Holdinq”i məhkəməyə vermişdi.
Ziya Məmmədovun şirkəti ilə “Akkord” arasında maliyyə qalmaqalı
23
dekabr
18:11
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı