“Koronavirus (Covid-19) pandemiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ölkəmizin gömrük orqanları daim ön cəbhədə mübarizə aparır. Virusun yayıldığı ilk günlərdən etibarən Dövlət Gömrük Komitəsi yoluxmanın əhatə dairəsinin genişlənməsinin qarşısının alınması mqəsədilə gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirir”.
Pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərlə bağlı Bakısəsinə məlumat verən DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib ki, ölkə ərazisinə daxil olan bütün nəqliyyat vasitələri 3 mərhələdə dezinfeksiya olunur.
“Bunun üçün bütün gömrük-keçid məntəqələrində xüsus stasionar dezinfeksiya avadanlıqları quruaşdırılıb. Eyni zamanda, xüsusi təlimatlandırılmış əməkdaşlar daşınan avadanlıqlar vasitəsilə nəqliyyat vasitələrinin kabinlerini də dezinfeksiya edirlər.
Gömrük-keçid məntəqələrində fəaliyyət göstərən bütün gömrükçülər xüsusi geyim vasitələri ilə təmin olunub və həmin geyim vasitələrindən təhlükəsiz qaydada istifadəyə dair təlimatlandırılıb.
Yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sürücüləri sərhəd buraxılış məntəqələrindən Azərbaycan Respublikasının ərazisinə daxil olduqları vaxt laboratoriya müayinəsindən keçirilir və nəticələr əldə olunanadək yaşadıqları və ya olduqları yerdə sanitariya qaydalarına riayət etməklə karantin nəzarətinə götürülürlər.
Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində tranzitlə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri sərhəd buraxılış məntəqəsinə daxil olduqları vaxt həmin şəxslərin sağlamlıq vəziyyəti qiymətləndirilir və onların təyinat məntəqəsi istiqamətində nəqliyyat vasitəsini tərk etməmək şərtilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə maneəsiz hərəkəti təmin edilir. Nəqliyyat vasitələri təyinat məntəqəsinə qədər yanacaqla təmin olunur. Sürücülər marşrut boyunca zəruri ehtiyacların təmin edilməsi məqsədilə dayanma, durma halllarına yol verdikləri zaman fərdi vasitələrdən mütləq istifadə, sosial məsafənin qorunması barədə ciddi təlimatlandırılır.
Azərbaycan Respublikasının ərazisində tranzitlə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin sərhəd buraxılış məntəqəsində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onların virusa yoluxma şübhəsi yarandıqda gəldikləri ölkənin səlahiyyətli orqanlarına məlumat verilməklə geri qaytarılırlar. Virusa yoluxma şübhəsi Azərbaycan Respublikasının ərazisinə daxil olduqdan sonra və ya təyinat ölkəsinə hərəkət zamanı yarandıqda, həmin şəxslər laboratoriya müayinəsindən keçirilməklə tibbi çeşidləmə müəssisəsinə göndərilirlər”, - Ş.Ələsgərov bildirib.
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
21
avqust
16:10
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev