Vikipediyada SOCAR-ın prezidenti Rövnəq Abdullayev haqqında yazılıb:
Azərbaycanın dövlət və siyasi xadimi. Öncə ondan başlayaq ki, Rövnəq Abdullayev nə vaxtdan siyasi, hətta dövlət xadimi olub..?
Rövnəq Abdullayev ən yaxşı halda məmur, şirkət rəhbəri, icraçı ola bilər. O da ola bilsə. Yaxşı ki, bu günlərdə cənab Prezident bu məsələyə NÖQTƏ qoydu: “Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq''. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti ( SOCAR ) nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”. Bəli, cənab Prezident qeyd etdi ki, SOCAR, AZAL, Azdəmiryol və s kimi şirkətlər ancaq dövlətdən pul tələb edir, bəs bunların qazancı hara gedir ? Doğrudan da, SOCAR-ın qazancı hara gedir ? Təkcə bütün ölkədə, hətta dünyada yayılan bir xəbəri oxucuların diqqətinə çatdıraq. Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin qolundakı saatın qiyməti 1,3 milyon ABŞ dollarıdır. İspaniya polisinin yaydığı məlumatda bu təsdiqini tapıb. Rövnəq Abdullayev özünə yaxın saytlar vasitəsi ilə ilk günlər bu saatın guya Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun oğluna məxsus olması barədə Azərbaycan mediasında xəbərlər tirajladı. Və diqqəti özündən yayındırdı. Ancaq Fərhad Əhmədov sübut elədi ki, onun oğlu, ümumiyyətlə, saat taxmır. Sonra ölkə mediası Rövnəq Abdullayevin sifarişi ilə bu dəfə itən saatın guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun oğluna məxsus olması barədə yalanı mediada dövriyyəyə buraxdılar. Bu dəfə Saleh Məmmədov ölkə rəhbərliyinə məruzə etdi ki, Rövnəq Abdullayev mənim oğluma şər atır, oğurlanan 1,3 milyon dəyəri olan saat Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevə məxsusdur. Biz başa düşürük ki, zəlzələdən, ya vəlvələdən oğurluq-qarət hadisəsi baş verib. Amma bu rüsvayçılığı başqasının övladının üzərinə yıxmaq və mediada tirajlamaq müsbət hal deyil.Rövnəq Abdullayevin bu hərəkəti onu rəhbərliyin gözündən saldı. Digər tərəfdən cavan bir oğlanın QOLU-nda 1.3 milyon dollar dəyəri olan saat haradandır, ay Rövnəq Abdullayev ? İndi isə yüksək səviyyədə bəli olan, daha doğrusu, Rövnəq Abdullayevin TELİ-nin qiyməti barədə nələr olub. Hansısa məclisə hazırlaşan Rövnəq Abdullayev 1-2 gün öncədən Türkiyədən usta dəvət edir, qiyməti isə ...
Bütün bunlar yüksək səviyyədə müzakirə olunub. Oğulbalanın QOLU, dədəsinin TELİ mövzusu yəqin ki,yaxın zamanlarda Rövnəq Abdullayevin vəzifəsini bitirəcək. Belə həyat tərzi ancaq harınlamış məmurlara xas ola bilər. Yazını başlayanda əbəs yerə siyasi və dövlət xadimi söhbətini demədik. Dövlət xadimlərində dövlət tərbiyəsi, dövlət ədəb-ərkanı olar. Dövlət başçısı yaxın zamanda yerini bilməyən ədəbsiz məmurlara layiq olduqları yeri göstərəcək. Bir az səbrli olaq.
Rövnəq Abdullayevin TELİ-nin və oğlu Rəşadın QOLU-nun qiyməti-SOCAR prezidenti oğurlanan 1.3 milyon dollarlıq saatı kimlərin üstünə atmadı ?
21
avqust
16:24
Qarabağ
KOMMENTLƏR
Rövnəq Abdullayevlə Mübariz Mənsimov arasında savaşa səbəb olan şəxs bilindi-ORTADA ƏSASLI İDDİALAR VAR
Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz azaltdı
PFL-in ləğvi məsələsinə Rövnəq Abdullayevdən reaksiya
SOCAR-dan Mübariz Mənsimovun həbsi ilə bağlı açıqlama
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev