Xankəndidə vəziyyət gərginləşib.
Nikol Paşinyanın dekabrın 24-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər və ondan sonrakı bir neçə qeydi Qarabağ ermənilərini xıyal qırıqlığına uğradıb.
Bu barədə Ermənistanın "Hraparak” qəzeti tazıb.
Qəzet bildirir ki, Qarabağ erməniləri düşünürlər ki, artıq rəsmi İrəvan bölgədən əlini üzüb. Onlar fkirləşirlər ki, Nikol Paşinyan hazırda Azərbaycanın yaratdığı reallığa zəmin hazırlayır.
"Onlar düşünür ki, Ermənistan artıq Əliyev və Ərdoğanla razılığa gəlib və İrəvan müstəqil Qarabağın olmadığı ssenarisi üzrə hərəkət edəcək”.
"Hraparak”ın məlumatına görə, Nikol Paşinyanın mətbuat konfransından sonra Qarabağı tərk etmək niyyətinə düşən ermənilərin sayı kəskin şəkildə artıb. Hətta Qarabağı heç vaxt tərk etməyəcəklərini deyənlər də indi getmək haqda fikirləşirlər. Və qalsalar da, ailələrini çıxarmaq istəyirlər:
"Deyirlər ki, Paşinyan Qarabağı birdəfəlik təslim etmək qərarına gəlib və belə olan halda orada qalan ermənilərin aqibətinin necə olacağı məlum deyil, heç olmasa uşaqlarımızı çıxaracağıq ki, xilas olsunlar”.
"Hraparak” yazır ki, Paşinyanın mətbuat konfransı və açıqlamaları Xankəndidəki separatçıların "rəhbərliyi”nə və onların "əleyhdarları”na ciddi təsir edib.
Qəzetin məlumatına görə, Paşinyanın açıqlamaları Qarabağdakı separatçıları birləşməyə məcbur edib. Əgər bir il əvvəl separatçıların başçısı Arayik Arutyunyanı günahlandıraraq, onun istefasını tələb edənlər vardısa, bu gün onlar hələlik həmin tələbi saxlayıb birgə səylərlə Paşinyana qarşı çıxmaq haqda düşünürlər.
Xatırlaq ki, Nikol Paşinyanın dekabrın 24-də keçirdiyi mətbuat konfransındə bildirib ki, onun Baş nazir olmasından bir neçə il əvvəl ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqların nəticəsi ermənilər üçün faciəvi olub və elə bir vəziyyət yaranıb ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir.
Ermənistan müxalifəti də bunu Paşinyan hakimiyyətinin Qarabağın "müstəqilliyi” ideyasından imtinası kimi qiymətləndirib. Qarabağdakı separatçıların qondarma "parlamenti” isə Paşinyanı sərt tənqid edib. Separatçıların "lideri” Arayik Arutunyansa deyib ki, "Qarabağın taleyi haqda yalnız orda yaşayan ermənilər qərar verə bilər”.
mənbə: Modern.az
Xankəndidə vəziyyət GƏRGİNLƏŞDİ: Paşinyanın qərarından sonra Qarabağ erməniləri…
30
dekabr
17:32

Qarabağ
KOMMENTLƏR
"Sülh istəyirsinizsə..." - Paşinyan separatçılara son sözü
“Beş saat ərzində bir dəfə də Dağlıq Qarabağ sözü işlədilmədi“
“Erməniləri qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”
"Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb" - Paşinyan
Qondarma rejimin “polisləri” silahlarını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk etdi
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər