Ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Görüş beş saata qədər davam edib. Tərəflər bir çox məsələlərə toxunublar. Qarabağ erməniləri ilə bağlı da müəyyən razılığa gəlinib.
Qarabağ ermənilərinin məsələyə münasibəti necə olacaq? Onlar gələcəkdə imzalanması nəzərdə tutulan yekun sənəddən irəli gələn məsələlərə badalaq vurmayaacqlar ki?
Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında deyib ki, Ermənistanın baş naziri, eyni zamanda Avropa İttifaqının prezidenti üçün “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur:
“Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə artıq 3 dəfədir ki, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü təşkil olunur.
Mayın 22-də keçirilən görüş 5 saata qədər davam edib. Zamanın özü də göstərir ki, çox ciddi, əhatəli, geniş müzakirələr olub. Müzakirələrin ətrafında razılaşmalar da var.
İki məsələnin üzərində xüsusi dayanmaq istəyirəm. Bu görüşü Azərbaycanın diplomatik uğuru kimi qeyd etmək istəyirəm. 5 saatlıq danışıq müddətində heç bir halda “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib. Ancaq Qarabağ ifadəsi işlədilib. Bu çox önəmli məsələdir”.
Deputatın sözlərinə görə, Paşinyan Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqları, təhlükəsizlik məsələsini qabardır:
“Əvvəllər Ermənistan baş naziri danışıqlar prosesində xalqların müqəddəratını təyin etmə hüququnu tez-tez qabardırdı və onu Helsinki yekun aktına istinad edirdi. Lakin indi Qarabağda yaşayan ermənilərin heç bir halda suverenliyindən, müstəqiliyindən söhbət belə getmir. Artıq ritorika tamamilə dəyişib. Azərbaycanın tərkibində onların taleyi ilə bağlı məsələ qabardılıb. Bu 5 baza prinsipindən irəli gələn məsələlərdir”.
E.Nəsirov qeyd edib ki, revanşistlər Qarabağı geri qaytarma sevdası ilə yaşayırlar:
“Revanşistər, Sarkisyan, Köçəryan kimi canilər Paşinyanın bu prinsipini qəbul etmək istəmirlər. Qarabağı qaytarmaq sevdası ilə yaşayırlar. Bu sevdanın üstündən xətt çəkmək istəmirlər. Qəbul etmək istəmirlər ki, niyə Paşinyan Qarabağ ermənilərini Azərbaycanın tərkibində görmək istəyir. Ümumiyyətlə, ermənilər Brüssel görüşünün nəticələrinə narahatlıqla yanaşırlar. Lakin reallıq var”.
“Beş saat ərzində bir dəfə də Dağlıq Qarabağ sözü işlədilmədi“
24
may
12:12
Qarabağ
KOMMENTLƏR
Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası
Şarl Mişellə Paşinyan arasında görüş başladı
Deputat: Brüssel görüşünün nəticəsi Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər
“Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər” – RƏY
"Brüssel görüşü Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması itiqamətində növbəti addımdır"
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı