"Azərbaycan hansısa ölkənin peyvənd istehsal etməsini gözləmir”.
Musavat.com-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Azərbaycan peyvənd istehsal edən bütün ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparır və bu prosesdə aktiv iştirak edir:
"Peyvəndin istehsalı qısa müddət ərzində ərsəyə gəlmir. Bizim üçün əsas məsələ peyvəndin əldə olunması deyil, onun zərərsiz və faydalı olmasındadır. Peyvənd insanlarda virusa qarşı immunitet yaratmalıdır lakin hazırda hansısa vaksin təsdiqlənmədən onun tətbiqi mümkün deyil. Hansısa peyvənd ÜST və başqa beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmadan onun alınmasından danışmaq olmaz.  “Hansısa peyvənd istehsal olunub, onu istifadə edək" demək çox məsuliyyətlidir. Biz beynəlxalq təşkilatlarla danışıqlara qoşulmuşuq. Tamamilə zərərsiz və xeyirli peyvənd almalıyıq. Bunun üçün zaman lazımdır".скачать dle 12.1