Bildirilir ki, satınalmanın məbləği 25.334 manat, qalibi isə "Azlahiyə İnşaat" MMC olub.
"Azlahiyə İnşaat" MMC 2012-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Səbail rayonu, Qəzənfər Əlizadə ev 4, mənzil 4 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.


İlginc məqam satınalmada qalib elan edilən "Azlahiyə İnşaat" MMC-nin dövlətə külli-miqdarda vergi borcunun olmasıdır.
Belə ki, hazırda "Azlahiyə İnşaat" MMC-nin dövlətə 874.246 manat vergi borcu var.

Akad.C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru tibb elmləri doktoru Gülnaz Dadaşovadır.
Tenderlə bağlı Kardiologiya İnstitutundan "arqument.az"ın sorğusuna cavab verilməyib.
