Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssislərində təmir və abadlıq işləri ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "AR Group İnşaat” MMC seçilib. Təmir işlərinə 2 834 258,38 AZN xərclənəcək.
Konkret olaraq hansı təhsil müəssisələrinin təmir olunacağı bəlli deyil. Bu barədə şərtlər toplusunda heç bir qeyd yoxdur.
"AR Group İnşaat” MMC 21 avqust 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Elləzov Ramiq Baxtiyar oğludur. Ramiq Ellezovdan əvvəl şirkətin qanuni təmsilçisi Poladov Aqil Polad oğlu olub.
Açıq mənbələrdə bu şəxslər haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin veb-səhifəsi olsa da, işləmir. Bu baxımdan şirkət haqqında hər hansı məlumat əldə mümkün deyil.
"AR Group İnşaat” MMC-nin vergi borcu da var. Şirkətin bu günə olan vergi borcu 8 471,63 AZN təşkil edir.
Nazirlik 3 milyonluq təmirə başlayır - Qalib şirkətin vergi borcu var
21
sentyabr
18:31
Qarabağ
KOMMENTLƏR
48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu
Vergi borcu olan 10 aylıq şirkət yarım milyonluq iki tender “qazandı” - FOTO
Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?
Əmrullayevin şübhəli TURAN SEVDASI... - Xəyallarımızdakı TURAN yox ha...
Təhsil Nazirliyi yarım milyona odun alır - Şübhəli tender
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı