12 gün əvvəl Bakının Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Şixəliyevin gizlədildiyi yer məlum olub.
Xəzər TV xəbər verir ki, uşağı oğurlamaqda ittiham edilən Gültəkin Muradova və qeyri-rəsmi nikahda yaşadığı Şamil Əliyev onu Kürdəxanı qəsəbəsində saxlayıblar. Azyaşlını oğurlamaqla bağlı əvvəlcədən plan quran şəxslər uzaq bir qəsəbənin dalanında kirayə mənzil tutublar.
Evdə uşağa məxsus bezlər, müxtəlif oyuncaqlar olub. Mənzilin sahibinin qardaşı Şirinbala Abdulmanafovun bildirdiyinə görə, qardaşı evi Şamil Əliyevə aylıq 150 manata kirayəyə verib: "Heç bir ay deyildi ki, burada qalırdılar. İki-üç dəfə kişini görüb salam vermişəm. Bu müddət ərzində o uşağı heç çölə çıxarmayıb”.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, G. Muradova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olan Şamil Əliyev və daha sonra uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.
Xatırladaq ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
2 yaşlı uşağı oğurlayanlar onu bu evdə gizlədib - Video
12
yanvar
14:27
Qarabağ
KOMMENTLƏR
Oğurlanan iki yaşlı uşağın atası istintaqa cəlb edildi - FOTO/VİDEO
Uşaq oğurlamaqda ittiham olunan qadın: "Atası 3 minə mənə satıb"
2 yaşlı uşağı oğurlayan qadına hökm oxundu
Bakıda azyaşlını oğurlamaqda təqsirləndirilən qadının məhkəməsi başlayıb
İki yaşlı körpəni oğurlamaqda şübhəli bilinən şəxslərin FOTOSU
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı