Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda sərbəst ifadə verən Gültəkin Muradova ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, iki yaşlı Məhəmməd Şıxəliyevi atasından 3 min manata aldığını deyib: “O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın gəzirdilər. Heç kim onlara baxmırdı. Məhəmmədi aparmaqda məqsədim onun qayğısına qalmaq idi. Mən uşağı gizli yolla da aparmamışam, həmin vaxt ailənin digər üzvləri də evdə olub. Mən uşağı oğurlamamışam, atası Elgün Nəsirov onu mənə 3 min manata satıb".
Qeyd edək ki, ittihamda göstərilib ki, təqsirləndirilən Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.
Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub. İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz edib. O, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib.
Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyatı üzrə təhvil verilib.
Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilmişdi. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanmışdı.
Hazırda yalnız təqsirləndirilən şəxs qismində Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.
Uşaq oğurlamaqda ittiham olunan qadın: "Atası 3 minə mənə satıb"
19
sentyabr
14:02

Qarabağ
KOMMENTLƏR
Bakıda azyaşlını oğurlamaqda təqsirləndirilən qadının məhkəməsi başlayıb
2 yaşlı uşağı oğurlayanlar onu bu evdə gizlədib - Video
Oğurlanan iki yaşlı uşağın atası istintaqa cəlb edildi - FOTO/VİDEO
İki yaşlı körpəni oğurlamaqda şübhəli bilinən şəxslərin FOTOSU
Azərbaycanda icra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs OLUNDU
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat