Sosial platformalarda ictimai-siyasi fəal deputatların bu cür təxribatlarla qarşılaşması hallarına dəfələrlə rast gəlinib. Dəyərli millət vəkilimiz də deputat kimi aktiv fəaliyyəti ilə seçilir.
Təəssüflə qeyd edilməlidir ki, belə təxribatçı qrupların həqiqəti əks etdirməyən, yalan məlumatlarında bəzən saytımıza da istinad edilir.
Bir daha bildiririk ki, millət vəkili Elman Nəsirov hafta.az saytına belə bir müsahibə verməyib və bu məlumatların heç biri həqiqəti əks etdirmir. Artıq sözügedən məsələ hüquq-mühafizə orqanları tərəfindən də nəzarətə götürülüb və araşdırılır.
