Bakıda külli miqdarda dələduzluqda ittiham olunan keçmiş məktəb direktoru axtarışa verilib.
Lent.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi 196 saylı tam orta məktəbin sabiq direktoru Mehdiyeva Sevinc Əlisafa qızı barəsində Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. Sabiq direktor dələduzluqda ittiham olunur. Onun vətəndaşlara qarşı 200 min manatdan çox dələduzluq etməsi ilə bağlı iddialar da var.
Barəsində axtarış elan olunan sabiq direktor ölkədən qaçıb. Onun Rusiyada olduğu güman edilir.
Qeyd edək ki, 37 yaşlı Sevinc Mehdiyeva Hövsan qəsəbəsi 196 saylı orta məktəbin direktoru olub. O, işlədiyi dövrdə məktəbin kollektivinə qarşı haqsızlıqlar edib. Belə ki, direktor, məktəbin Uşaq Birliyinin rəhbəri Firəngiz Kazımovanı səbəbsiz yerə, “səndən xoşum gəlmir” deyib işdən çıxarıb. Bundan sonra təsərrüfat işləri üzrə müavini Ülkər Zeynalovanı işdən azad edərək, onun yerinə atası Əlisəfa Hüseynovu təyin edib. Həmçinin ittihamlar arasında direktorun dərs yükü çox olan müəllimlərdən 200 manat, müəllimlər günündə hər müəllimdən onu da “görmələri” adı ilə 50 manat alması da yer alıb.
Bundan başqa S.Mehdiyevanın işə düzəltmək adı ilə xeyli sayda vətəndaşdan pul aldığı iddia olunur.
Bakıda keçmiş məktəb direktoru dələduzluğa görə axtarışa verildi
13
yanvar
16:22
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev